Dünya
"Məqsədimiz bölgədə sabitliyə nail olmaqdır"
"Məqsədimiz GUAM çərçivəsində regional əməkdaşlığı daha da genişləndirmək, bölgədə sabitliyə nail olmaqdır".
Bu sözləri jurnalistlərə müsahibəsində Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyev söyləyib.
O deyib ki, GUAM-ın yaranmasının 20-ci ildönümü ilə əlaqədar Tbilisidə keçiriləcək görüşdə, təşkilatın yaranmasından keçən vaxt ərzində görülən işlər, qarşıda duran vəzifələr, strateji planlar, perspektivlər, regional təhlükəsizlik, dövlətlərin ərazi bütövlüyü, regional münaqişələr, eləcə də regionda həyata keçirilən irimiqyaslı enerji və infrastruktur layihələri, GUAM daxilində əməkdaşlığın möhkəmləndirilməsi məsələləri diqqət mərkəzində olacaq.
Baş katibin sözlərinə görə, ABŞ, Yaponiya kimi dövlətlər, Vişeqdrad qrupu, Baltikyanı ölkələr və digər nüfuzlu beynəlxalq təşkilatlar GUAM-a böyük maraq göstərirlər. Toplantıda bu ölkə və təşkilatlarla da əlaqələrin, əməkdaşlığın genişləndirilməsi məsələsi əsas müzakirə mövzularından olacaq. (Report)
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq