Dünya
Dəhşətli müharibə başlayacaq və heç kim... - "Təcili addım atılmalıdır"
“Şimali İraqda kürd referendumu təkcə İraqı deyil, bütün
bölgəni qanlı müharibəyə sürükləyəcək”.
Publika.az xəbər verir ki, bu barədə İraq Türkman
Cəbhəsinin lideri Erşad Salihi deyib.
Salihi Türkiyənin bu istiqamətdə təcili addım atmalı olduğunu
vurğulayıb.
“Bu gərginlik sadəcə İraq və ya ətrafındakı bir neçə ölkəni deyil,
bütün bölgəni ciddi gərginliyə sürükləyir. Kərkük və Mosul sadəcə
İraqın deyil, bütün bölgənin taleyinə təsir edir. Bu günə qədər
Kərkükdə ciddi problemlərin yaşanmamasının səbəbi türkmanların
ağıllı davranmasıdır. Biz seçki qutularının qaldırılmasını tələb
etmədik, çünki bu, PKK və YPG, eləcə də digər güclər Kərkükü qan
gölünə çevirmək üçün bəhanə olacaqdı. Buna görə də seçkini boykot
etmək qərarına gəldik. Böyük bir fəlakətin qarşısını kəsdik”, -
deyə o bildirib.
Lakin qeyd edib ki, hazırkı sakitlik müvəqqətidir və bölgəni böyük
gərginlik gözləyir.
E.Salihi əlavə edib ki, Bərzani belə davam edərsə, bölgədə böyük
müharibə başlayacaq: “Bu müharibədə kürdlər heç bir qazanc əldə
etməyəcək, hətta ən çox zərəri onlar görəcək. Digər millətlər də
zərər görəcəklər. İraq iqtisadiyyatı ciddi itkilər verəcək. Bölgədə
ciddi gərginlik olacaq, min kilometrlərlə məsafədən raketlər
atılacaq. Bu bölgədə maraqları olanlar əvvəlcə Əl-Qaidəni
gətirərək, məzhəb qarşıdurması yaratdılar, sonra da İŞİD-i. İndi
kimlərinsə əmri ilə İŞİD bölgədən çıxır. Üçüncü mərhələdə İraqın
ərazi bütövlüyü hədəf olacaq. Bu baş verənlərdən heç kim sağ
çıxmayacaq. Kürdlər də bölünəcək. Bir qismi Türkiyənin, bir qismi
İranın, bir qismi də İraqın yanında yer alacaq. Şiələr də bölünür.
Sünnilərin xəritədəki yeri belə təhlükədədir. Türkmanlar da çox
zərər görəcəklər. Baş verənlərdən yalnız məxfi xidmətlər qazanc
götürəcəklər. Lakin hər kəs zərər görəcək”.
Asif
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı