“Bu, müharibə aktı ilə eyni mənalıdır” - Pxenyandan TƏHDİD
Bizi izləyin

Dünya

“Bu, müharibə aktı ilə eyni mənalıdır” - Pxenyandan TƏHDİD

“Koreya Xalq Demokratik Respublikası sanksiyaların istənilən sərtləşdirilməsinə müharibə aktı kimi baxır”.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bunu Şimali Koreyanın Xarici İşlər Nazirliyinin başçısı Li Yen Xo deyib.

Nazir qeyd edib ki, “qanunsuz” sanksiyalara görə məsuliyyəti yalnız ABŞ deyil, həm də BMT Təhlükəsizlik Şurasında onlara səs verən ölkələr daşıyır.

“Respublikamızın hökuməti artıq dəfələrlə bildirib ki, sanksiyalar haqqında qətnamənin icrası bəhanəsi ilə bizi boğmaq cəhdləri təcavüz və müharibə aktı ilə eyni mənalıdır. Biz cavab vasitələrinin tətbiqindən imtina etməyəcəyik”, - o vurğulayıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsinin icrası çərçivəsində Avropa İttifaqı Şurası Pxenyana qarşı sanksiyaları sərtləşdirib. BMT Təhlükəsizlik Şurası isə sentyabrın 11-də Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların gücləndirilməsi üzrə qətnaməni qəbul edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm