Dünya
Çavuşoğlu Dəniz Baykalı ziyarət etdi - YENİLƏNDİ

Publika.az xəbər verir ki, xəstəxananın önündə D.Baykalın son vəziyyəti ilə bağlı məlumat verən həkim Bahəddin Güzel deyib ki, beyinə gedən damarlardakı tutulma cərrahların müdaxiləsi ilə aradan qaldırılıb:
“Beyinə gedən əsas damarlar tutulmuşdu. Tutulmuş damarlar açılıb. Hazırda xəstənin şüuru açıqdır. Beyinin fəaliyyəti zəiflədiyi üçün bədənin sol tərəfində nisbətən passivlik müşahidə edilir. Sol əlini və ayağını tərpətməkdə çətinlik çəkir. Bunun qısa zamanda fizioterapiya ilə bərpa olunacağına inanırıq. Həyati təhlükəsi hələ də davam edir. Daimi və ciddi nəzarət altında saxlayırıq.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın şəxsən Ankara Universiteti İbn Sina Xəstəxanası intensiv nəzarət xidməti ilə əlaqə saxlayıb Deniz Baykalın səhhəti ilə maraqlandığı deyilib.
Prezidentin rəsmi səhifəsində yer alan məlumata görə, R.T.Ərdoğanın Ankara Universitetinin professor Erkan İbiş ilə bu gün səhər saatlarında telefon əlaqəsi yaratdığı qeyd edilib. Həkimin sözlərinə görə, Baykalın səhhətinə xüsusi diqqət göstərilir. Vəziyyəti yaxından təqib etdiyini deyən həkim onun vəziyyətinin hələ ki stabil olduğunu deyib.
***
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dəniz Baykalı ziyarət edib.
Publika.az xəbər verir ki, nazir səhər saatalarında Ankara Universiteti İbn Sina Xəstəxanasına yerləşdirilən millət vəkilini ziyarət etmək üçün xəstəxanaya gedib.
***
CHP millət vəkili Barış Yarkadaş sosial mediadan verdiyi bəyanatda Baykalın bir damarında laxtalanma olduğunu bildirib.
Publika.az-ın xəbərinə görə, o, Baykalın tıxanmış damarının açılması üçün müalicə aldığını bildirib.
***
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri, millət vəkili Dəniz Baykal xəstəxanaya yerləşdirilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, onun Fransadan qayıdan zaman gecəyarısı temperaturu yüksəlib və sətəlcəmin ilk simptomları aşkar edilib.
D.Baykal hazırda Ankara Universiteti İbn Sina Xəstəxanasında reanimasiya şöbəsində müalicə alır.
Qeyd edək ki, millət vəkili Fransanın Paris şəhərində keçirilən Avropa Şurası Parlament Assambleyasının iclaslarında Türkiyəni təmsil edirdi.
Zümrüd
Könül Cəfərli


-
Hadisə03:18
Azərbaycanda məktəbli qızlar arasında dava: döyüb xəstəxanalıq etdilər
-
Dünya02:00
ABŞ ilə Ukrayna gözlənilən sazişi imzaladı
-
Qoroskop01:40
Günün qoroskopu: Macəra ruhu və optimizm sizi irəli aparacaq
-
Elm və təhsil00:35
Bu gündən məktəblərdə yaz tətili başlayır
-
Region30 Aprel 23:55
İrandakı partlayışda ölənlərin sayı 300 nəfərə çatdı
-
Art30 Aprel 22:17
Azərbaycanın Xalq rəssamı vəfat etdi
-
Dünya30 Aprel 19:55
Məşhur ekstrasensdən 2025-ci ilin sonu ilə bağlı QORXUNC PROQNOZ
-
Sosial30 Aprel 18:50
Azərbaycanda ən çox tələb olunan 5 peşə