Yeni kansleri öpmək istədi, pərt oldu - VİDEO
Bizi izləyin

Dünya

Yeni kansleri öpmək istədi, pərt oldu - VİDEO

Brüsseldə keçirilən Avropa İttifaqının sammitinə qatılan Avstriyanın yeni seçilmiş kansleri Sebastyan Kurts qəribə hərəkəti ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, Avropa Komissiyasının sədri Jan-Klod Yünker sammitdən öncə Kurtsla öpüşərək görüşmək istəyib. Sebastyanı girişdə qarşılayan Jan-Kold pərt olub. Belə ki, avstriyalı kansler üzündən öpmək istəsə də, Sebastyan onu itələyərək öpüşməkdən yayınıb.

Qeyd edək ki, oktyabrın 15-də Avstriyada keçirilən parlament seçkilərində 31,5% səs çoxluğu ilə Avstriya Xalq Partiyası qalib olub. AXP-nin rəhbəri ölkənin 31 yaşlı sabiq xarici işlər naziri Sebastyan Kurtsdur.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm