Türkiyə Suriyadakı fəaliyyətlərini bu ölkə vasitəsilə koordinasiya edir
Bizi izləyin

Dünya

Türkiyə Suriyadakı fəaliyyətlərini bu ölkə vasitəsilə koordinasiya edir

"Türkiyə Astana razılaşmasının tərəflərindən biridir və Suriyadakı fəaliyyətlərini Rusiya vasitəsilə koordinasiya edir”.

Publika.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, jurnalistlərin Türkiyənin atəşkəsi təmin etmək üçün Əl Nusra cəbhəsinə bağlı olan Təhrir Şamla razılaşma əldə etməyə çalışması istiqamətindəki suallarını cavablandırıb:

“Türkiyə gərginliyi azaltmaq üçün bölgədəki atəşkəsi təmin etməkdən cavabdehdir. Türk tərəfi bu məsələləri yerinə yetirir. Ətraflı məlumata sahib deyiləm. Məncə, bununla bağlı Müdafiə Nazirliyinə müraciət etməlisiniz”.

Peskov Türkiyənin Suriyadakı fəaliyyətlərini Rusiya ilə koordinasiya edib-etmədiyi sualına isə belə cavab verib:

“Əlbəttə, Astana razılaşmasının tərəfləri gərginliyi azaltma bölgələrinin qurulması üçün fəaliyyətlərini koordinasiya edir”.

Qeyd edək ki, “Routers” xəbər agentliyi Türkiyə Silahlı Qüvvələrinə aid zirehli avtomobillərin Nüsra cəbhəsinin gövdəsini təşkil edən Təhrir Şamın dəstəyi ilə İdlibə girdiyini iddia etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm