Amerikalı nazir Şimali Koreya sərhədinə raket sürətilə səfər etdi
Bizi izləyin

Dünya

Amerikalı nazir Şimali Koreya sərhədinə raket sürətilə səfər etdi

ABŞ-ın müdafiə naziri Cim Matis məşhur sərhəd xətti Panmuncoma səfər edib.

Publika.az xəbər verir ki, bu nazirin vəzifəyə başlamasından sonra bölgəyə ikinci səfəri olub.

Şimali və Cənubi Koreya arasındakı sərhəd xətti Panmuncomda mediaya açıqlama verən nazir ABŞ-ın müharibə istəmədiyini və Koreya yarımadasındakı nüvə silahlarının yox edilməsi lazım olduğunu söyləyib. O, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qınaqlarına rəğmən, Pxenyanın regional və qlobal təhdidləri davam etdirdiyini vurğulayıb.

“Quduz köpək” ləqəbi ilə tanınan Cim Matis Şimali Koreya lideri Kim Çen Inın təhdidləri qarşısında rəsmi Seulun yanında olacaqlarını qeyd edib.

Beynəlxalq media Cim Matisin səfərini və açıqlamalarını “ballistik raket sürətilən baş tutan səfər” başlığı ilə verib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm