Pakistandakı hadisələrin pərdəarxası məlum oldu - ŞOK İDDİA
Bizi izləyin

Dünya

Pakistandakı hadisələrin pərdəarxası məlum oldu - ŞOK İDDİA

Pakistanın ədliyyə və qanunvericilik naziri Zahid Həmid paytaxt İslamabadda dini fəalların etirazları fonunda istefa verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda yerli “Express Tribune” qəzeti bildirib.

Nəşrin məlumatlarına görə, Zahid Həmid istefa ərizəsində bildirib ki, qərar ölkənin yaranmış kritik vəziyyətdən çıxarılması üçün qəbul edilib.

Qeyd edək ki, Pakistanın paytaxtında etiraz aksiyaları bir həftədən çoxdur davam edir. Hakimiyyətin seçki qanununa düzəlişlər edilməsi barədə qərarı aksiyaların başlanmasına səbəb olub. Nazir istefa ərizəsində xatırladıb ki, seçki qanununa düzəlişlər haqqında qanun layihəsi ölkənin bütün siyasi partiyalarının nümayəndələrindən ibarət olan parlament komitəsi tərəfindən hazırlanmışdı.

Bir neçə məlumatlı mənbəyə istinadə edən “Express Tribune” iddia edir ki, istefa vermiş nazir öz təhlükəsizliyi üçün ciddi ehtiyat edir. Onun Pəncab ştatındakı evi şənbə günü etirazçıların hücumuna məruz qalıb.

Şəxsi mənbələrə istinadən “Geo TV” telekanalı xəbər verir ki, dini fəallar ədliyyə nazirinin istefasından sonra etiraz aksiyasını dayandırmaq barədə razılaşıblar. Nümayişçilər və ölkə hakimiyyəti arasında əldə edilmiş razılığa əsasən, hökumət 30 gün ərzində seçki qanununa düzəlişləri yenidən nəzərdən keçirəcək.

Həmçinin, razılaşmada qeyd olunur ki, 6 noyabr tarixindən bu yana həbs edilmiş bütün dini fəallar azad ediləcək, onlara qarşı cinayət işləri bağlanacaq.

Türkiyənin “Yeni Şəfəq” nəşri isə Pakistandakı etiraz aksiyaları ilə bağlı maraqlı bir iddia səsləndirib. Nəşr yazır ki, ABŞ müstəqil siyasət apardığı üçün bir müddətdir təhdid etdiyi Pakistanda xaos yaratmaq üçün “Pakistanın FETÖ-sü” adlandırılan “Tahir-ül Kadri” təşkilatını hərəkətə keçirib. Təşkilat liderinin 1999-cu ildə Pakistanda həyata keçirilən hərbi çevrilişi dəstəklədiyi bildirilir. “Tahir-ül Kadri” lideri hakimiyyət əleyhinə 2013-ci ildə Lahordan İslamabada qədər yürüş təşkil edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm