“Yalnız bu halda...” - Trampa nüvə silahı XATIRLATMASI
Bizi izləyin

Dünya

“Yalnız bu halda...” - Trampa nüvə silahı XATIRLATMASI

Konqresin icazəsi olmadan ABŞ dövlət başçısının nüvə silahından istifadə etməsi qadağandır.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanı nüvə silahı ilə hədələyən ABŞ prezidenti Donald Trampa müraciətində Konqresin demokrat üzvü Ted Le bildirib.

Xatırladaq ki, Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In yeni il münasibətilə xalqa müraciətində nüvə silahının işə salınması üçün hazır vəziyyətdə olduğunu söyləyib.

“Nüvə qüvvələrimiz ABŞ-ın Şimali Koreya ilə müharibəyə başlamaq cəhdlərinin qarşısını alacaq. Müharibə başlasa, ABŞ-ın bütün əraziləri raketlərimizin hədəfi olacaq. Nüvə düyməsi mənim masamın üzərindədir”, - deyə o bildirib.

Donald Tramp Şimali Koreya liderinin "nüvə düyməsi" ilə bağlı bəyanatına eyni dildə cavab verib.

"Şimali Koreya lideri bəyan edib ki, onun "nüvə düyməsi" daima masasının üzərindədir. Acından ölən, zəifləmiş rejimindən kimsə, zəhmət olmasa, ona məlumat versin ki, mənim də "nüvə düyməm" var və onunkundan daha böyük və daha qüdrətlidir. Və o işləyir!", - deyə, D.Tramp özünün Twitter hesabında yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm