7 təyyarənin vurulması ilə bağlı Rusiyadan AÇIQLAMA - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

7 təyyarənin vurulması ilə bağlı Rusiyadan AÇIQLAMA - (YENİLƏNDİ)

Suriyada “Hmeymim” aviabazasına hücum nəticəsində iki hərbçi həlak olub.

Publika.az
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 31 dekabr 2017-ci ildə “Hmeymim” aviabazasına silahlı qrup hücum edib: “Nəticədə iki hərbçi ölüb. Hazırda hücumda iştirak edən şəxslər Suriya təhlükəsizlik orqanları tərəfindən axtarılır”.

Rusiya Müdafiə Nazirliyi “Hmeymim”ə hücum nəticəsində 7 təyyarənin məhv edildiyi xəbərini təkzib edib.

***

Dekabrın 31-də Suriyada terrorçuların Rusiyanın "Hmeymim" aviabazasına hücumunun nəticələri barədə yeni məlumat yayılıb.

“Kommersant” qəzeti hərbi-diplomatik mənbələrə istinadən yazıb ki, minaatanlardan açılan atəş nəticəsində Rusiyaya məxsus 4 ədəd Su-24 bombardmançı təyyarəsi, 2 ədəd Su-35S çoxtəyinatlı qırıcı təyyarəsi və 1 ədəd An-72 hərbi-nəqliyyat təyyarəsi məhv edilib. Həmçinin, döyüş sursatları olan anbarda partlayış baş verib. 10-dan çox rusiyalı hərbçinin yaralandığı bildirilir.

Rusiya Müdafiə Nazirliyi hadisəni şərh etməyib.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatda bazanın atəşə tutulduğu bildirilmişdi. (apa)

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm