Tramp bu ölkələri “zibil qutusu” adlandırdı
Bizi izləyin

Dünya

Tramp bu ölkələri “zibil qutusu” adlandırdı

ABŞ prezidenti Donald Tramp ölkəsinə daxil olan qaçqınlar barədə sərt ifadələr işlədib.

Publika.az xəbər verir ki, prezident əsəbiləşərək “bu zibil qutusu ölkələrdən niyə bu insanları qəbul edirik?” ifadələrini deyib.

“Washington Post” qəzetində yayımlanan xəbərə görə, D.Tramp bu sözləri Respublikaçı və Demokratların bitərəf qaçqın anlaşması təklifinin müzakirə edildiyi bir toplantıda deyib. Ağ Evdən isə bu xəbərlə bağlı hər hansı yalanlama gəlməyib. Trampın bu cümləni Afrika ölkələri, Salvador və Haitidən gələn qaçqınlara şamil etdiyi bildirilib.

Ağ Ev sözçülərindən olan Ray Şah mövzu ilə bağlı açıqlama verib: “Vaşinqtodakı bəzi siyasətçilər başqa ölkələr üçn mübarizə aparmaq yolunu seçmiş ola bilərlər, ancaq prezident Tramp hər zaman Amerika xalqı üçün savaşacaq. O, ölkəmizə fayda verə biləcək, iqtisadiyyatımızı gücləndirəcək və topluma yararlı olacaq insanların qəbul edilməsinin tərəfdarıdır və bunun üçün daimi həll yolları axtarır”.

ABŞ prezidenti çıxışında bildirib ki, “zibil qutusu” kimi ölkələr yerinə Norveçdən qaçqın qəbul etmək daha məqsədəmüvafiq olar.

Qeyd edək ki, Donald Tramp bir neçə həftə öncə bütün Haiti xalqına “hamısı QİÇS xəstəsidir” demişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm