Krım və Donbas üçün SİQNAL: Ukrayna yeni müharibəyə HAZIRLAŞIR
Bizi izləyin

Dünya

Krım və Donbas üçün SİQNAL: Ukrayna yeni müharibəyə HAZIRLAŞIR

Ukrayna Ali Radasında Donbasın reinteqrasiyası haqqında qanunun qəbulu Kiyevin yeni müharibəyə hazırlığının sübutudur.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, qanun Donbas münaqişəsinin güc yolu ilə həllini nəzərdə tutan xəttin qanunvericilikdə təsdiqlənməsidir.

Qeyd edək ki, Ukrayna Ali Radası “Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal edilmiş ərazilərdə Ukraynanın dövlət müstəqilliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri Haqqında” qanunu qəbul edib. Qanunda Rusiya “təcavüzkar”, Kiyevin nəzarətində olan ərazilər isə “işğal edilmiş” adlandırılıb. Sənəd Ukrayna prezidentinə müharibə elanı olmadan şərqdə ordudan istifadə hüququ verir.

Prezidentin parlamentdəki nümayəndəsi İrina Lusenkonun sözlərinə görə, qanunda Krımla bağlı əsas müddəalar da yer alıb.

Ukrayna prezidenti Pyotr Poroşenko Donbasın reinteqrasiyası haqqında qanunu təsdiq edib. O, qanunu “Krım üçün siqnal” adlandırıb.

“Biz işğal edilmiş Ukrayna torpaqlarının reinteqrasiyası üçün siyasi-diplomatik yolla hərəkət etməyə davam edəcəyik... Bu, Donbas və Krım üçün siqnaldır: onlar Ukraynanın ayrılmaz hissəsidir”, - Poroşenko Tvitter səhifəsində yazıb.

Qanunu Donbasda yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun başçısı Aleksandr Zaxarçenko da şərh edib. Onun sözlərinə görə, Ukrayna münaqişənin dinc yolla həllini istəmədiyini və vuruşmağa hazırlaşdığını göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm