ABŞ Rusiyanın qarşısına ŞƏRT QOYDU: "Bunları etməsə..."
Bizi izləyin

Dünya

ABŞ Rusiyanın qarşısına ŞƏRT QOYDU: "Bunları etməsə..."

“İndiki beynəlxalq siyasət kursundan imtina etməyəcəyi halda, Rusiya ABŞ-ın dostu olmayacaq”.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Qərbi Virciniyada respublikaçıların müşavirəsində deyib.

O, Rusiyanın 2016-cı ildə ABŞ-dakı prezident seçkilərinə müdaxiləsini “hiddətə gətirən hadisə” adlandırıb. Diplomat həmçinin Rusiya hakimiyyətini Ukraynanın ərazisini işğal etməkdə, Suriya hökumətinə dəstək verməkdə və İranın nüvə obyektlərinin daha yaxından yoxlanılmasına mane olmaqda ittiham edib.

Amerika diplomatı qeyd edib ki, ABŞ Rusiyanın siyasətinə cavab olaraq Suriya ərazisinə müvəffəqiyyətli zərbələr endirib, Ukraynaya silahı çatdırıb, Rusiyaya qarşı sanksiyaları genişləndirib və Rusiya diplomatlarını ölkədən göndərib.

“Bu, Rusiya özünü məsuliyyətli ölkə kimi aparmadığı müddətdə davam edəcək”, - Heyli əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm