Dünya
“Bu ölkələrdə nüvə silahları yerləşdirilərsə...” - Moskvadan TƏHDİD
Rusiya Şərqi Avropa və Baltikyanı ölkələrdəki ABŞ və NATO bazalarında nüvə yüklərinin mümkün yerləşdirilməsinə operativ reaksiya verəcək.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Frans Klinseviç bildirib.
“Əgər ABŞ-ın aviasiyası nüvə yükləri ilə Şərqi Avropa və Baltikyanı ölkələrində ABŞ və NATO-nun bazalarında, həmçinin keçmiş sovet və Varşava təşkilatına üzv ölkələrin aerodromlarında yerləşdirilərsə, Rusiyanın bu hədəflərə cavabı operativ olacaq. Rusiya özünü bu təhlükələrdən müdafiə etməyə məcburdur”, - rusiyalı senator deyib.
Qeyd edək ki, fevralın 2-də ABŞ-ın nüvə doktrinasını açıqlanıb. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, sənəd əvvəlki prezidentlər tərəfindən uzun müddət təxirə salınan Amerika nüvə üçlüyünün (hərbi aviasiya, qitələrarası ballistik raketlər, sualtı qayıqlar) modernləşdirilməsini təsdiqləyir. Doktrinada deyilir ki, ABŞ bütün dünyada F-35 təyyarələri də daxil olmaqla, nüvə yüklərini daşıya bilən aviasiyanı yerləşdirəcək.
ABŞ-ın yeni nüvə doktrinasında Rusiya, Çin və KXDR Asiya-Sakit Okeanı regionu üçün təhlükə adlandırılıb.
Ömər Dağlı
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO





















.jpg)










.jpg)

.jpg)