540 mindən çox vətəndaş Rusiyadan deportasiya edildi
Bizi izləyin

Dünya

540 mindən çox vətəndaş Rusiyadan deportasiya edildi

Son altı ildə 2 milyondan çox vətəndaşın Rusiya qanunvericiliyini pozduğuna görə bu ölkəyə gəlişinə qadağa qoyulub.

Publika.az azvision.az-a istinadən xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya məsələləri üzrə Baş idarəsinin rəis müavini Valentina Kazakova deyib.

O, qeyd edib ki, hesabat dövründə 540 mindən çox insan Rusiyadan deportasiya edilib.

Onun sözlərinə görə, 2012-2017-ci illər ərzində 14 milyondan çox əcnəbi vətəndaşın fotoşəkli çəkilib, onlar daktiloskopik müayinədən keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm