Dünya
Demokratiya oyunu: Əsəd yenidən prezident oldu - VİDEO
Bəşər Əsəd 88,7% səs yığaraq Suriyada keçirilən
prezident seçkilərində qalib gəlib.
Bəşər Əsəd səslərin hesablanmasından sonra Suriyada prezident
seçkisində tam qələbə qazanıb.
Əsədin qələbəsi haqda məlumatı Suriya parlamentinin sədri Məhəmməd
Alyaxam xəbər verib.
Parlamentin spikeri bildirib ki, qüvvədə olan dövlət başçısı üçün
88,7% (10,2 milyon insan) səs verilib.
Suriya Mərkəzi Seçki Komissiyasının rəsmi nümayəndəsi Məcid Xadra
prezident seçkilərində iştirak etmənin isə 73,42% olduğunu
deyib.
Qeyd edək ki, Suriyada keçirilən prezident seçkisi üçün təyin
edilən vaxt 5 saat artırıldığından ötən gün gecə saatlarınadək
verilən səslərin sayılma prosesi davam etmişdi.
Hökümətlə atəşkəs razılaşmasından sonra yüzlərlə üsyançının tərk
etdiyi Suriyanın 3-cü ən iri şəhəri olan Homsda da Bəşərə Əsədin
namizədliyini dəstəkləyənlər seçki məntəqələrinin qarşısında uzun
növbələr yaradıb. Seçki prosesinə etirazını bildirən üsyançılar
müxtəlif bölgələri havadan bombalayıb. Xeyli sakin əşyalarını
toplayaraq, iri yük maşınlarında şəhər hüdudlarını tərk edib.
Hələbdə çəkilmiş həvəskar görüntüdə isə helikopterin məscid
yaxınlığında yerə mərmilər buraxdığını da görmək olur.
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər