Dünya
"Zeytun budağı"nda 42-ci gün: Terrorçuların XAİN PLANI üzə çıxdı
Suriyanın Afrin bölgəsində YPG/PYD/PKK-İŞİD terror təşkilatlarını məhv etmək, bölgə xalqının təhlükəsizliyini təmin etmək məqsədilə Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən həyata keçirilən “Zeytun budağı” hərəkatı 41-ci günündə uğurla davam edir.
Publika.az xəbər verir ki, 42 gündür davam edən hərəkat çərçivəsində 2222 terrorçu zərərsizləşdirilib.
Afrin ərazisində 1083 təpədə tunellərdən çıxan 100-ə yaxın terrorçu təhlükəsizlik qüvvələrinə çiyindən atılan raket və digər ağır silahlarla hücum edib. İnsident zamanı 8 əsgər şəhid olub, 13 əsgər isə yaralanıb. Birləşmiş qüvvələr dərhal cavab atəşi açıb.
Terrorçuların çiskinli havadan istifadə edərək Türkiyə Silahlı Qüvvələrinə hücum etdiyi bildirilib. Buna baxmayaraq, Afrinə giriş üçün strateji önəm daşıyan Kəltəpə terrorçuların əlinə keçməyib.
Terrorçuların atış nöqtələrinin radarlar vasitəsilə təsbit edilməsindən sonra F-16 qırıcı təyyarələri onların tutduğu mövqeyi və qaçış nöqtələrini bombardman altına alıb. Qarşıdurmada birləşmiş qüvvələrin üzvləri ilə yanaşı, 22 terrorçu həlak olub.
Şiddətli qarşıdurmadan sonra bölgəyə əlavə dəstək göndərilib. ATAK helikopterləri havadan dəstək verməyə çalışsa da, terrorçuların təzyiqlərindən və qurudan açılan atəşdən sonra geri qayıtmağa məcbur olub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində yaşanan qarşıdruma ilə bağlı Baş qərargah rəisi Akar və Daxili işlər naziri Soylu ilə telefonla danışıb və onlara başsağlığı verib.
Zümrüd
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan