Dünya
ABŞ xüsusi hazırladığı terrorçuları Türkiyə ilə döyüşə göndərdi - VİDEO
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suruyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” hərəkatında PKK/PYD/YPG terrorçularının ağır zərbələr alması ABŞ-ı əlavə yollara əl atmağa məcbur edib.
Publika.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, ABŞ 1996-cı ildən Quam adasında xüsusi təlim verdiyi terrorçuları Afrinə göndərməyə başlayıb.
Xəbərə görə, ABŞ Afrinə 70 terrorçu göndərib. Tank əleyhinə silahlar və zenit raket sistemlərindən istifadə edə bilən, həmçinin taktik-strateji təlimlər keçən və təyyarə ilə helikopterlərdən istifadə bacarığı olan PKK terrorçuların hazırda ən qaynar nöqtələrdə türk hərbçiləri ASO-ya qarşı döyüşdüyü bildirilir. Quam adasında xüsusi təlim keçən terrorçular HAT adlanan PKK-nın “xüsusi əməliyyat qrupu”nun əsasını təşkil edir. ABŞ Əfqanıstanda inşa etdiyi Baqram hərbi bazasından sonra ölkə xaricində tikilmiş ikinci ən böyük bazanın olduğu Quamda 1996-cı ildən terrorçular hazırlanır.
İraq, Suriya, İran və bəzi Avropa ölkələrindən adaya gətirilən kürd gənclərinin burada ən azı bir il hərbi təlim aldığı deyilir. Daha əvvəl İraqa göndərilən terrorçuların 2000-ci illərdən Suriya və İrana da “ixrac” edildiyi bildirilir.
PKK-nın “xüsusi əməliyyat qrupu” istifadə etdikləri silahlar və geyimlərinə görə ABŞ-ın xüsusi təyinatlılarından fərqlənmirlər. ABŞ tərəfindən təpədən-dırnağa qədər silahlandırılan HAT ABŞ istehsalı olan ən müasir gecəgörmə cihazları və digər silahlardan istifadə edir.
Ömər
-
MDB11:36Rusiyanın dəhşətli müharibə statistikası - İtkilər milyon yarıma çatdı
-
MDB11:27“Wildberries”in daha bir logistika mərkəzi vuruldu - VİDEO
-
MDB11:18Ukraynalılar Varşavanı bolşeviklərdən müdafiə ediblər - Zelenskidən tarixi mesaj
-
Sağlamlıq10:42Kimlər aclığa dözə bilmir? - Həkimdən məsləhət
-
İdman08:36Millimizin futbolçusu qol vurdu
-
Hadisə07:47Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu - FOTO
-
Ekologiya07:17Bəzi rayonlara yağış yağacaq - HAVA PROQNOZU
-
Magazin106:16Nəzakət Teymurova qızı ilə fotolarını paylaşdı



















.jpg)










