İdman
Toral Bayramov oynadı?
Türkiyə 1. Liqasının 2-ci turunda milli komandamızın üzvü Toral Bayramovun formasını geyindiyi “Bursaspor” öz meydanında “İğdır FK”nı qəbul edib.
Publika.az xəbər verir ki, gərgin keçən qarşılaşma Bursa təmsilçisinin 1:0 hesablı minimal qələbəsi ilə yekunlaşıb.
Matçın taleyini həll edən yeganə qolu 16-cı dəqiqədə K. İheanaço vurub. “Bursaspor”un baş məşqçisi Mustafa Er oyunun ikinci hissəsində – 70-ci dəqiqədə Toral Bayramovu (Barış Gökün əvəzinə) meydana buraxıb.
Millimizin üzvü oyuna daxil olduqdan cəmi 2 dəqiqə sonra – 73-cü dəqiqədə VAR yoxlamasından sonra rəqib komandanın futbolçusu Alperen Səlvi birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Azlıqda qalan İğdır təmsilçisi matçın qalan dəqiqələrində hesabda tarazlığı bərpa edə bilməyib.
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı












.jpg)



















