Sağlamlıq
Kimlər aclığa dözə bilmir? - Həkimdən məsləhət
Maqnezium çatışmazlığı və qanda şəkəri aşağı olan qadınlar qısa müddətli aclığa belə dözməkdə çətinlik çəkirlər. Onlarda daha tez zəiflik və qıcıqlanma, əsəbilik yaranır.
Publika.az xəbər verir ki, bunu məşhur endokrinoloq Natalya Tananakina bildirib. O qeyd edib ki, bədənləri enerji mənbəyi kimi qlükozanı yağa effektiv şəkildə keçirə bilən insanlar qidasız daha çox qala bilirlər.
Mütəxəssisin sözlərinə görə, aclığa dözümlülük yalnız iştaha deyil, həm də metabolik amillərə, genetikaya və həyat tərzinə bağlıdır.
"Əsas faktorlardan biri maqnezium çatışmazlığıdır. Bədəndə bu mineral çatışmırsa, orqanizm normal sinir sisteminin fəaliyyətini və enerji mübadiləsini qorumaqda çətinlik çəkir və bu səbəbdən aclıq zamanı narahatlıqlar daha da güclənə bilər",- həkim qeyd edib.
Bu məsələdə cins də rol oynayır. Mütəxəssisin fikrincə, qadınlar hormonal balanslarına görə qlükoza səviyyələrindəki dəyişikliklərə daha həssas ola bilərlər. Estrogen proseslər enerji metabolizmasındakı dəyişikliklərə həssaslığa təsir göstərə bilər. Buna görə də aclığa dözümlülük həyatın müxtəlif mərhələlərində və menstrual dövr ərzində dəyişə bilir
Həkim onu da əlavə edib ki, müntəzəm şəkildə kifayət qədər protein və yağla zəngin olan yeməklərlə qidalanmaq toxluq hissini daha uzun müddət saxlamağa kömək edir. Fiziki hazırlıq isə bədənin yağdan bir növ yanacaq kimi istifadə etmək qabiliyyətini artırır. Amma yuxusuzluq aclıq hissini artıra bilər..
Müəllif: Tural
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Maraq dünyası13:55Kaşpirovski "meyitimi yandırın!" deyibmiş - Arzu reallaşacaq?
-
MDB13:27Xalq rəssamı emalatxanada vəfat etdi, meyiti 1 ay sonra tapıldı - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO


































.jpg)