• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Avropa İttifaqı və Böyük Britaniya RAZILAŞDI

Avropa İttifaqı və Böyük Britaniya RAZILAŞDI

Böyük Britaniyanın Avropa İttifaqından çıxışından sonra keçid dövrü 21 ay təşkil edəcək.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Britaniyanın “Breksit” məsələləri üzrə naziri Devid Devislə Avropa Komissiyasının “Breksit” danışıqları üzrə xüsusi nümayəndəsi Mişel Barnyenin birgə mətbuat konfransında bildirilib.

Keçid dövrü 2020-ci ilin dekabrında başa çatacaq.

Bu dövrdə Böyük Britaniya Avropa İttifaqında vahid bazarın üzvü olaraq bütün hüquqlardan istifadə edə biləcək, amma qurumda qərarların qəbul olunması prosesində iştirak edə bilməyəcək.

Daha əvvəl tərəflər razılaşıb ki, London 2020-ci ilin sonuna kimi Avropa İttifaqının büdcəsinə ödəmələri etməyə davam edəcək. Tərəflərin hələlik razılığa gələ bilmədiyi tək məsələ İrlandiyanın sərhədləri ilə bağlıdır.

Bu ayın əvvəlində Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa İttifaqının açıqladığı “Breksit”ə dair saziş layihəsinə münasibət bildirib. Hökumət başçısı Avropa İttifaqının üzvü olan İrlandiya ilə Birləşmiş Krallığın tərkibində olan Şimali İrlandiya arasında sərhəd rejimi ilə bağlı Brüsselin təklifləri ilə razılaşmayıb. Parlamentin İcmalar Palatasında çıxışı zamanı Tereza Mey bildirib ki, saziş layihəsində Britaniyanın konstitusiya ilə təsbit olunmuş bütövlüyünü təhlükə altına atan müddəalar öz əksini tapıb. Baş nazirin sözlərinə görə, həyata keçiriləcəyi təqdirdə, Avropa Komissiyasının dərc etdiyi hüquqi sənəd layihəsi İrland dənizində gömrük sərhədi və tənzimləmələri yaratmaqla Britaniyanın ümumi bazarını sarsıdacaq və konstitusiya ilə təsbit olunmuş bütövlüyü üçün təhlükə törədəcək.

Tereza Mey bildirib ki, Britaniyanın heç bir baş naziri heç vaxt bununla razılaşmaz.

Qeyd edək ki, fevralın 28-də Avropa İttifaqının “Breksit” danışıqları üzrə xüsusi nümayəndəsi Mişel Barnye Britaniyanın qurumdan çıxmasına dair ilk saziş layihəsini təqdim edib. Sənəddə ən mübahisəli məsələrdən biri İrlandiya ilə Şimali İrlandiya arasında sərhədlə əlaqədardır.

Xatırladaq ki, 23 iyun 2016-cı ildə Böyük Britaniyada Avropa ittifaqından çıxmaqla bağlı referendum keçirilib.

London 2017-ci il martın 29-da quruma yazdığı məktubla qurumdan ayrılmağı nəzərdə tutan 50-ci maddədən istifadə edib. Sözügedən maddəyə əsasən, razılaşmanın olub-olmamasına baxmayaraq, Böyük Britaniya 2019-cu il 29 martında Avropa İttifaqından ayrılmalıdır.

Ömər

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR