
İraq ordusu Bağdada yaxınlaşan “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı hərbi əməliyyatları davam etdirir.
Publika.az-ın verdiyi xəbərə görə, İraq ordusu İŞİD silahlılarının olduğu nöqtələrə hava zərbələri endirib.
Müdafiə Nazirliyi hava əməliyyatlarının videogörüntülərini yayımlayıb. Nazirlik hava zərbələri zamanı 55 İŞİD silahlısının öldüyünü açıqlayıb.
Ömər Dağlı