Dünya liderlərini qonaq edəcək Argentina üçün TƏHLÜKƏLİ GÜN - Donald Tramp və Putin...
Bizi izləyin

Dünya

Dünya liderlərini qonaq edəcək Argentina üçün TƏHLÜKƏLİ GÜN - Donald Tramp və Putin...

Bu gün "Böyük İyirmilik" (G20) liderlər zirvəsi öz işinə başlayacaq. Dünyanın ən güclü 20 iqtisadiyyatına sahib ölkənin liderlərinin bir araya gəldiyi 2 günlük zirvə Argentinada baş tutacaq.

Publika.az xəbər verir ki, artıq dünəndən etibarən dünya liderləri görüş üçün paytaxt Buenos-Ayresə səfər etməyə başlayıb.

Lakin ölkədə fəsliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) zirvəyə reaksiya olaraq küçə nümayişləri keçirməyə hazılaşdığı bildirilir. Gözlənən ən böyük aksiyanın “May Anaları Haqq Təşkilatı” tərəfindən təşkil edildiyi qeyd edilib. Qurumun baş katibi Nora Kortinas yürüşə qatılanlardan hər hansı təxribata cavab verməmələrini xahiş edib. Bildirib ki, sadəcə protest etmə haqlarından istifadə edəcəklər.

Zirvənin təhlükəsiz şəkildə başa çatması üçün Argentina hakimiyyəti 30 noyabr və 1 oktyabr tarixlərini rəsmi tətil günü elan edib. Təhlükəsizlik qüvvələri paytaxt əhalisinə iki seçim təqdim edib: ya şəhərdən ayrılmaq, ya da etirazlar bitənə qədər evlərindən çölə çıxmamaq.

Şəhər üzərindən keçən təyyarə reysləri ləğv edilib. Zirvə boyunca metro və avtobus səfərləri dayandırılıb. Paytaxtın ən əhyəmiyyətli prospektlərinə giriş qadağan edilib.

Argentina və digər ölkələrdən gələcək etirazçıların bu gün təşkil ediləcək aksiyalarda Argentinanın dövlət başçısı Maurisio Makri ilə Beynəlxalq Valyuta Fondu (İMF) arasında əldə edilən razılaşma başda olmaqla, ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin, Çin dövlət başçısı Şi Çinpinq, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman protest ediləcək.

Artıq G-20 zirvəsinə qarşı ilk aksiya Argentina Konqresi binasının qarşısında təşkil edilib. Konqresin önündə çadırlar qurulub.

Özlərinə “Xalq zirvəsi” adı verən etirazçılar neoliberalizmə dirəniş və xalqların mübarizəsini simvollaşdırdıqlarını bildiriblər. Təşkilatçılar Donald Trampı təmsil edən və dünyanın fərqli şəhərlərində qloballaşmağa qarşı yürüşlərdə sərgilənən “Donald Trampın nəhəng hava şarı”nı Konqres önünə gətiriblər.

G-20 zirvəsinin mətbuat katibi Beverli Kin bütün təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunmasına rəğmən, etirazçıların olay çıxaracağını bildiklərini dilə gətirib. O, dövlətin xalqın dinc etiraz aksiyası təşkil etmələri istəyini anladığını bildirib.

Qeyd edək ki, prezident Maurisio Makrinin tələbi ilə Argentina Təhlükəsizlik Qüvvələrinin 22 min polisi paytaxtda olacaq. Buna görə də ictimai xidmət sektorlarının işləri önəmli dərəcədə azaldılıb.

Argentinanın ən çox qorxduğu şey isə 2017-ci ildə Almaniyanın Hamburq şəhərində təşkil edilən zirvəni protest etmək üçün meydana gələn şiddətli aksiyaların bənzərlərinin Buenos-Ayresdə yaşanmasıdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm