Dünya
Kürdlər qərar verdi: Artıq vaxtdır
“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının İraqda həyata keçirdiyi hərbi əməliyyatlar kürdləri müstəqil dövlətə bir qədər də yaxınlaşdırdı.
Publika.az-ın verdiyi xəbərə görə, CNN-ə danışan İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzani “kürd xalqının gələcəyini müəyyən etməyin vaxtı gəldi” deyib.
İraq ordusunun İŞİD qarşısında geri çəkilməsi ilə yaranan boşluqdan istifadə edərək Kərkükü ələ keçirən kürd muxtariyyəti müstəqillik planlarını açıq şəkildə səsləndirməyə başlayıb.
“Son 10 ildə yeni və demokratik bir İraq qurmaq üçün hər cür səy göstərdik, əlimizdən gələn hər şeyi etdik. Lakin təəssüf ki, bu səylər lazım olduğu qədər uğur gətirmədi. Artıq kürd xalqının gələcəyini müəyyən etməyin vaxtı gəldi. Biz kürd xalqının verdiyi qərarı dəstəkləyəcəyik”,– Bərzani CNN-ə müsahibəsində söyləyib.
Neftlə zəngin Kərkükün alınması ilə əlini gücləndirən Bərzani “yeni həqiqət və yeni İraq” ifadəsini işlədib.
Kürd lideri bir neçə gün əvvəl Ərbilə gələn ABŞ dövlət katibi Con Kerriyə ilə söhbətində də “Yeni bir İraq”dan bəhs edib.
Ömər Dağlı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Avropa bankının pulunu mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı