Dünya
Nüvə silahına sahib OLAN ÖLKƏLƏR - QORXUNC RƏQƏMLƏR/FOTO
Aparılan araşdırmalara görə, dünyada 14,995 ədəd nüvə silahı var. Hər ölkənin əlində olmayan bu silahlar olduqları ölkənin rəqiblərin ciddi qorxu içində saxlayır.
Hazırda əlindəki nüvə silahının az olmasına rəğmən, ətrafına ən çox qorxu saçan ölkə Şimali Koreyadır.
Publika.az “Business Insider” dərgisinə istinadən nüvə silahına sahib olan ölkələrin siyahısını təqdim edir:
Rusiya
Dünyanın ən güclü bombası daxil, 7000 nüvə bombası

ABŞ
6800 nüvə bombası

Fransa
300 nüvə bombası

Çin
270 nüvə bombası

İngiltərə
215 nüvə bombası

Pakistan
140 nüvə bombası

Hindistan
130 nüvə bombası

İsrail
80 nüvə bombası

Şimali Koreya
60 nüvə bombası olduğu düşünülür

Hazırda dünya üzərində nüvə silahı sınaqlarını uğurlu şəkildə tamamlamış 8 dövlət var.
Bunlardan beşi Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Razılaşmasına görə, “nüvə silahlı dövlət” kimi qəbul edilib.
ÇİN
Toplam nüvə döyüş başlığı: 250
Aktiv döyüş başlığı: Bilinmir
Çinin ilk nüvə silahı sınağı 1964-cü ildə “596” kod adlı nüvə bombası olub.
İNGİLTƏRƏ
Toplam nüvə döyüş başlığı: 225
Aktiv döyüş başlığı: 160
İngiltərənin ilk nüvə silahı sınağı 1952-ci ildə "Hurricane" kod adlı nüvə bombası olub.
FRANSA
Toplam nüvə döyüş başlığı: 300
Aktiv döyüş başlığı: 290
Fransanın ilk nüvə silahı sınağı 1960-cı ildə "Gerboise Bleue" kod adlı nüvə bombası ilə olub.
RUSİYA
Toplam nüvə döyüş başlığı: 4.480
Aktiv döyüş başlığı: 1.600
Rusyanın ilk nüvə silahı sınağı 1949-cu ildə "RDS-1" kod adlı nüvə bombası olub.
ABŞ
Toplam nüvə döyüş başlığı: 4.804
Aktiv döyüş başlığı: 2.104
ABŞ-ın ilk nüvə silahı sınağı 1945-ci ildə "Trinity" kod adlı nüvə bombası olub.
Bilinən digər nüvə proqramları
HİNDİSTAN
Toplam nüvə döyüş başlığı: 110
Aktiv döyüş başlığı: Bilinmir
Hindistanın ilk nüvə silahı sınağı 1974-cü ildə "Smiling Buddha" kod adlı nüvə bombası olub.
PAKİSTAN
Toplam nüvə döyüş başlığı: 120
Aktiv döyüş başlığı: Bilinmir
Pakistanın ilk nüvə silahı sınağı 1998-ci ildə "Chagai-I" kod adlı nüvə bombası olub.
Bildirilməmiş nüvə silahları olan dövlətlər
İSRAİL
Sahib olduğu nüvə silahı başlığının sayı bilinmir
1979-cu ildə Vela peyklərindən İsrailin Hind okeanının cənubundakı Şahzadə Eduard adaları yaxınlığında gizli olaraq nüvə sınağı keçirdiyi ortaya çıxıb.
ŞİMALİ KOREYA
Sahib olduğu nüvə silahı başlığı bilinmir
Şimali Koreyanın ilk nüvə sınağı 9 oktyabr 2006-cı ildə olub.
Zümrüd
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”


























.webp)










