Yeni il gecəsi atəşfəşanlığı izləmək biletlə olacaq
Bizi izləyin

Dünya

Yeni il gecəsi atəşfəşanlığı izləmək biletlə olacaq

Hər il 31 dekabr gecəsi Avtraliyanın ən böyük şəhəri olan Sidneydə keçirilən atəşfəşanlıq möhtəşəmliyi ilə bütün dünyanın diqqət mərkəzində olur.

Publika.az xəbər verir ki, şəhər rəhbərliyinin qərarı ilə builki atəşfəşanlığı izləmək ilk dəfə olaraq müəyyən nöqtələrdən biletlə olacaq. Belə ki, atəşfəşanlığı izləmək üçün 51 rəsmi nöqtədən 19-na girişin biletlə edilməsi barədə qərar verilib.

Açıqlamada bildirilib ki, atəşfəşanlıq üçün şəhər büdcəsindən 5,7 milyon dollar xərclənəcək. Havaya atılacaq fişənglərin çəkisi isə təxminən 8,5 tondur: “Çəkilən xərcin qarşılanması və bəzi insanların spirtli içkilərin qəbul edilmədiyi yerlərdən atəşfəşanlığı izləməsini əsas gətirərək belə bir qərar verdik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm