Ermənistan buna qadağa qoydu - 1 ay ərzində...
Bizi izləyin

Dünya

Ermənistan buna qadağa qoydu - 1 ay ərzində...

Ermənistan Milli Aviasiya Komitəsi (MAK) “Boeing 737 MAX 8” və “MAX 9” tipli təyyarələrin ölkənin hava məkanında uçuşuna qadağa qoyub.

Publika.az xəbər verir ki, qadağa bir ay müddətində qüvvədə olacaq.

Bu barədə MAK-ın rəsmi feysbuk hesabından informasiya verilib.

Bəyanatda qeyd olunur ki, Ermənistan Milli Aviasiya Komitəsi Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin təhlükəsizlik bülletenini, həmçinin, bir sıra ölkələrin hava sahələrində “Boeing 737 MAX 8” və “MAX 9” təyyarələrinin fəaliyyətini qadağan etməsini, hazırkı vəziyyəti və uçuş təhlükəsizliyini prioritet hesab edərək “Boeing”in sözügedən təyyarələrinin istismarını 13 mart-13 aprel tarixləri arasında məhdudlaşdırır.

Qeyd edək ki, bir neçə gün öncə sözügedən təyyarə modellərindən biri Efiopiyada dəhşətli qəza törədib. Hadisə nəticəsində 175 nəfər həlak olub. Dünya ölkələri bu dəhşətli hadisəyə səssiz qalmayıb və 10-a yaxın dövlət "Boeing 737 MAX" modelləri ilə planlaşdırılan uçuşları ləğv edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm