Terrorçuların mövqelərinə raket zərbələri endirilib
Bizi izləyin

Dünya

Terrorçuların mövqelərinə raket zərbələri endirilib

Ukrayna aviasiya qüvvələri terrorçu qrupların Qorlovka rayonun Qolmovski qəsəbəsində yerləşən mövqelərinə raket zərbələri endirib.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Donetsk Xalq Respublikası”nın hərbi qərargahından bildirilib.

Aviazərbələr həmçinin terrorçuların Qorlovka və Dzerjinski şəhərləri arasında yerləşən blokpostlarına endirilib. Raketlərdən birinin zavodun ərazisinə düşdüyü deyilir. Terrorçular arasında itkilər barəsində məlumat verilimir.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun elan etdiyi 10 günlük atəşkəs rejiminin müddəti 30 İyun tarixində başa çatıb. Dünəndən etibarən isə Ukrayna antiterror gücləri aviasiya və zirehli texnikanın iştirakı ilə irimiqyaslı əməliyyatlara başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm