Azərbaycan 2-3 rayonun qaytarılması ilə razılaşmadı – Şok iddia
Bizi izləyin

Dünya

Azərbaycan 2-3 rayonun qaytarılması ilə razılaşmadı – Şok iddia

Xəbər verildiyi kimi, iyun ayının sonuna kimi Rusiya baş nazirinin müavini Dmitri Roqozin Azərbaycana gəlməli idi. İddialara görə, baş nazirin müavini xarici işlər naziri Sergey Lavrovun səfərində əldə olunacaq bəzi razılaşmaları daha da konkretləşdiriməli idi. Amma bu səfər baş tutmadı.

Publika.az-ın verdiyi xəbərə görə, erməni eksperti Naira Ayrumyan sözügedən səfərin baş tutmamasını şərh edərkən Azərbaycanın Rusiya rəhbərliyi üçün aktuallığını itirdiyini bildirib.

“Azərbaycan görünür, Rusiya rəhbərliyi üçün aktuallığı itirib. Bu bir neçə amillə izah oluna bilər: Gürcülər Rusiya-Ermənistan tranzitini rüsumlarsız təmin etməkdən, ermənilər KTMT-nin sülhməramlılarından, Azərbaycan isə 2-3 rayonla kifayətlənməkdən qəti surətdə imtina etdilər. Azərbaycan bütün Qarabağ tələb edib. Bundan sonra Roqozin Bakıya niyə gəlsin ki?”, - erməni eksperti qeyd edib.

N.Ayrumyan hesab edir ki, Cənubi Qafqazın üç respublikası ümumi məqsədə malikdir: Regionda Rusiyanın güclənməsinə imkan verməmək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm