Dubay əmirinin arvadı qaçdı – 40 milyon dollarla
Bizi izləyin

Dünya

Dubay əmirinin arvadı qaçdı – 40 milyon dollarla

Dubay əmiri Məhəmməd bin Rəşidin həyat yoldaşı şahzadə Haya özü ilə təxminən 40 milyon dollar götürərək ərindən qaçıb.

Axar.az-ın xəbərinə görə, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Qeyd olunur ki, Haya fevralın əvəllərindən yoxa çıxıb.

Qadının uşaqları - 11 yaşlı qızı və yeddi yaşlı oğlu ilə birgə Almaniyada gizləndiyi bildirilir.

Haya Almaniyaya gələn kimi boşanma ərizəsi yazıb və sığınacaq istəyib. Pulları isə “yeni həyatın” qurulmasına xərcləyib.

Nəşr qeyd edir ki, məhz bu ailə münaqişəsi Almaniya və BƏƏ arasındakı münasibətlərin soyumasına səbəb olub. Dubay əmiri rəsmi Berlindən bütün ailə üzvlərinin qaytarılmasını tələb edib, lakin rədd cavabı alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm