ABŞ-a ŞOK: döyüş təyyarələrinə veto qoyuldu
Bizi izləyin

Dünya

ABŞ-a ŞOK: döyüş təyyarələrinə veto qoyuldu

Bolqarıstan ABŞ-dan F-16 təyyarələri almayacaq.

Publika.az xəbər verir ki, prezident Rumen Radev Bolqarıstan parlamentinin təyyarələrin alınması ilə bağlı qərarını veto edib.

Sabiq Hərbi Hava Qüvvələri komandanı Rudev vetosunun səbəbi olaraq bildirib ki, ölkə uzunmüddətli borclanacaq. Bundan başqa, razılaşmanın parametrləri mövzusunda milli razılaşma əldə edilməyib. Üstəlik, silah-sursat məsələsində çatışmazlıq olacaq və bu da əlavə xərc gətirəcək.

Qeyd edək ki, Bolqarıstan ABŞ-dan 1,2 milyard dollar dəyərində 8 ədəd "F-16 Block 70" tipli döyüş təyyarəsi almaq üçün razılığa gəlmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm