Tehrandan sərt reaksiya: “Sionist planına icazə verməyəcəyik”
Bizi izləyin

Dünya

Tehrandan sərt reaksiya: “Sionist planına icazə verməyəcəyik”

Şimali İraq regional kürd rəhbərliyinin lideri Məsud Bərzaninin İraqın parçalandığını və İsrailin kürd dövlətinin qurulmasına dəstək verəcəyini söyləməsi İranın sərt reaksiyasına səbəb olub.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan İraqın bölünməsinin bir sionist planı olduğunu bildirib.

“İraqın parçalanması ilə əlaqədar İsrail baş naziri Benyamin Netanyahunun istəklərinin gerçəkləşməsinə icazə verməyəcəyik. İraq Kürdüstanının müstəqilliyindən danışmaq, Kürdüstanı bir neçə on il geriyə aparmaq deməkdir. Bunu Şimali İraq səlahiyyətlilərinə söylədik. Şimali İraq liderlərini soyuqqanlı olmağa çağırır və tələskən qərarlardan qaçmağı tələb edirik”, - iranlı diplomat deyib.

İran xarici işlər nazirinin müavini Şimali İraqın müstəqilliyi mövzusunda Ankara ilə Tehranın strateji baxışının eyni olduğunu ifadə edib.

M.Bərzaninin özü isə Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində ABŞ və Türkiyənin bölgədə müstəqil kürd dövlətinin qurulmasına qarşı çıxmayacağını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm