• USD 1,7000 0,00% EUR 2,0063 0,00%
    • GBP 2,2204 0,00% RUB 0,0222 0,00%

8 ölkədə xalq ayağa qalxdı: ölənlər və yaralılar var

  • Dünya
  • 3 Oktyabr 2019 11:14
  • 870 Baxış
8 ölkədə xalq ayağa qalxdı: ölənlər və yaralılar var

Dünyanın bir çox ölkəsində iqtisadi böhran, qanun dəyişiklikləri və rejimin təzyiqlərini əsas gətirərək küçələrə axışan insanlarla hökumət qüvvələri arasında qarşıdurmalar yaşanır.

Publika.az xəbər verir ki, Honq Konq, Misir, Peru, Kəşmir, Haiti, İndoneziya və İordaniyada baş qaldıran etiraz aksiyalarına İraq da əlavə olunub.

İraq

İşsizliyin artması, hökumətlə bağlı sui-istifadə iddiaları və ictimai xidmətlərinin çatışmazlığı iraqlıları küçələrə töküb. Təhlükəsizlik qüvvələri paytaxt Bağdadın mərkəzindəki etirazçıları dağıtmaq üçün mərmidən istifadə edib. Etirazlar səhərə qədər davam edib. Bağdadla yanaşı, ölkənin cənub şəhərlərində gün ərzində aksiyalar keçirilib. Hadisələr əsnasında 10 nəfər ölüb. 200-dən çox insan yaralanıb. Bəsrədə təşkil edilən aksiyalarda 12 nəfər saxlanılıb. Hökumət Feysbuk, İnstaqram, Vatsap kimi sosial media platformalarına girişi bloklayıb. Müdafiə Nazirliyi ictimai qurumları və diplomatic təmsilçilikləri qorumaq üçün hərəkətə keçib.

İndoneziya

Paytaxt Cakartada vəzifədən sui-istifadə ilə mübarizə qanunda aparılan bəzi dəyişiklik təklifləri xalqı ayağa qaldırıb. Təhlükəsizlik qüvvələrinə hücum olunub və qarşıdurma yaranıb. İnsidentlər zamanı 210 insan yaralanıb, 649 insan həbs edilib. Parlament 17 sentyabrda vəzifədən sui-istifadə ilə mübarizə qanununu təsdiq etmiş, ancaq cəza qanunundakı dəyişiklikləri ehtiva edən layihənin təsdiqlənməsi etirazlardan sonra təxirə salınmışdı. Hökumət etirazları iqtidarı qanunsuz yollarla devirmək istəyənlərin cəhdləri kimi dəyərləndirir. Ölkə miqyasında etirazlarda 3 nəfər ölüb.

Misir

Misirdə sabiq baş qərargah rəisi Məhəmməd Əlinin vəzifədən sui-istifadə və yoxsulluğa qarşı prezident Əbdül Fəttah Sisini protest etmək çağırışından sonra təhlükəsizlik qüvvələri müxaliflərin ovuna çıxıb. İnqilabdan sonra ilk dəfə 19 sentyabrda küçələrə çıxan etirazçılara qarşı sərt reaksiya verilib. 2000 şəxs həbs edilib, ölkədə yayım edən xarici media qurumlarının işi dayandırılıb, jurnalistlər saxlanılıb, internet və telefon xətləri kəsilib. İnsan hüquqları mühafizəçiləri izlənməyə başlanıb.

Kəşmir

Hindistan hökuməti, təxminən, 70 il ərzində ən genişmiqyaslı həmlə ilə Kəşmirə verilən xüsusi statusu ləğv edib. 5 avqustda yayımlanan sərəncamla 370 maddə qüvvədən düşüb. Əhalisinin əskər qismi müsəlman olan Kəşmirdə küçələr insanla dolub. Hindistan etirazları yatırtmaq üçün minlərlə əsgərini bölgəyə göndərib. Siyasilər, tələbə liderləri həbs olunub. Hindistanın bölgəni blokadaya salması səbəbilə əlaqələr məhdudlaşdırılıb. Olaylarda onlarla insanın öldüyü, yüzlərlə insanın yaralandığı bildirilir. 13 minə yaxın gənc oğlan isə itkindir.

Livan

Livanda gün keçdikcə ağırlaşan iqtisadi və maliyyə böhranı səbəbilə paytaxt Beyrut başda olmaqla, ölkənin şimal və cənub bölgələrində etiraz aksiyaları təşkil edilir. Etirazların hədəfində Livan lirəsinin sabitliyi ilə bağlı qorxular fonunda həyat şərtlərinin pisləşməsidir. Beyrutun əsas prospektlərində avtomobil şinlərini yandıran etirazçılar hökuməti istefaya çağırır.

Honq Konq

Honq Konqda Çinlə əldə edilən cinayətkarların geri göndərilməsi qanunundan sonra başlayan etirazlar hələ də davam edir. Honq Konqun baş idarəçisi Kerri Lam “layihə öldü” açıqlamasına rəğmən gərginlik soyumayıb. Etirazlar qarşıdurmalarla müşahidə olunur. Polis etirazçıları gözyaşardıcı qaz və təzyiqli su ilə dağıtmağa çalışır. Bir polis ətrafını çevrələyən etirazçıların birinə gerçək mərmi sıxıb.

Peru

Dövlət başçısı Martin Vizkarra Konqresi buraxdıqdan sonra, Konqres də prezidenti vəzifəsindən kənarlaşdıraraq yerinə köməkçisini təyin edib. Bir anda iki prezident olan ölkədə Vizkarranı dəstəkləyənlər küçələrə axışıb.

Haiti

Karib ölkəsi Haitidə dövlət başçısı Yovenel Mosie liderliyindəki hökumətə qarşı iyun ayından bəri başlayan etiraz aksiyaları minlərlə insanın qatılması ilə yenidən alovlanıb. Paytaxtda prezidenti istefaya səsləyən etirazçılar yolları bağlayıb və avtomobil şinlərini yandırıb. Məktəblər və iş yerləri tətil edib. Müxalifət liderləri və dəstəkçiləri ölkədə artan inflyasiya, ictimai sektorda vəzifəsindən sui-istifadəyə etiraz edir.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR