Dünya
Korrupsiyada ittiham olunan sabiq prezident həbs edildi
Beynəlxalq Kriminal Polis Təşkilatının (INTERPOL) sabiq prezidenti Menq Honqvey haqqında 13,5 il həbs cəzası qərarı çıxarılıb.
Publika.az xəbər verir ki, sabiq prezident korrupsiyada ittiham olunur.
“Röyters”in xəbərinə görə, Çin məhkəməsi həbslə yanaşı, Honqveyə 2 milyon yuan (500 min manata yaxın) cərimə də tətbiq edib.
Qeyd edək ki, sabiq rəhbər 2005-2017-ci illərdə Çinin polis təşkilatındakı mövqeyindən istifadə edərək təxminən 4 milyon manat civarında rüşvət almaqda ittiham olunur.
Xatırladaq ki, Menq Honqvey 2018-ci ilin sentyabrında INTERPOL-dakı vəzifəsində ikən Fransanın Lion şəhərindəki evindən çıxaraq Çinə getmiş, ailəsi ondan xəbər ala bilmədiyi üçün itkin düşməsi haqqında müraciət etmişdi. Honqveyin Çində həbs edildiyi ortaya çıxmışdı.
Zümrüd
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan