Dünya
Təkcə bu ölkədə 4,2 milyon insan koronavirusa yoluxub - ŞOK STATİSTİKA
Braziliyada may ayı ərzində 4,2 milyon insan koronavirusun bənzər simptomlarını yaşayıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Coğrafiya və Statistika İnstitutu (IBGE) məlumat yayıb.
Xəbərə görə, institut Səhiyyə Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Braziliyanın 3 mindən çox şəhərində yaşayan 200 minə yaxın ailə arasında anket sorğusu keçirib. Sorğuya əsasən, may ayında ölkədə 24 milyon nəfərdə qrip simptomlarına bənzər əlamətlər aşkarlanıb. Bu şəxslərdən 4,2 milyonunda dad, iybilmə duyğusunun itirilməsi, öskürək və yüksək hərarət, tənəffüs çatışmazlığı, döş qəfəsi ağrısı qeydə alınıb.
Anketə əsasən, COVID-19 xəstəliyinə qarşı görülən tədbirlər çərçivəsində 19 milyon nəfər may ayı ərzində işə çıxmayıb. Onlardan 9,7 milyon nəfəri maaş almayıb.
Dünyada koronavirus pandemiyasından ABŞ-dan sonra ən çox zərər görən ikinci ölkə olan Braziliyada 52 min 771 nəfər ölüb, 1 milyon 151 min 479 nəfər infeksiyaya yoluxub.
Qeyd edək ki, Braziliyanın 211 milyon nəfər əhalisi var.
Zümrüd
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
































