Koronavirusdan ölənlərin sayı 535 mini keçdi - ÜST
Bizi izləyin

Dünya

Koronavirusdan ölənlərin sayı 535 mini keçdi - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 172 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

İyulun 7-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 172 512 nəfər koronavirusa yoluxub, 3 419 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 11 500 302, ölənlərin isə 535 759 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm