Dünya
İtaliya mediası erməni vəhşiliyindən yazıb (FOTO)
İtaliyanın “l’opinione” xəbər portalında Prezident İlham
Əliyevin bu ölkəyə rəsmi səfərinin və Azərbaycana dair həqiqətlərin
təhlil olunduğu yazı yerləşdirilib.
ANS PRESS-in məlumatına görə, yazıda Azərbaycan Prezidentinin
İtaliyaya rəsmi səfəri zamanı keçirdiyi görüşlər, imzalanmış
sənədlər təhlil edilir, yerli KİV-in dövlət başçısının bu səfərini
uzun müddətdir diqqət mərkəzində saxladığı qeyd edilir.
Məqalədə Romada dünyanın ən önəmli arxeologiya komplekslərindən
biri olan Aleksandria ərazisində qazıntıların aparılmasına
Azərbaycan tərəfindən maddi yardımın göstərilməsi ilə bağlı sənədin
imzalanmasının əhəmiyyəti xüsusi vurğulanır.
Müəllif Azərbaycan tərəfindən Romada arxeoloji qazıntıların
aparılmasına göstərilən yardımın Azərbaycan dövlətinin və xalqının
bəşəriyyətə məxsus mədəni dəyərlərin qorunmasına verdiyi önəm
olduğunu bildirir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulan
məqalədə Avropa ölkələrinin bütün vətəndaşlarının, o cümlədən
İtaliya xalqının problemlə bağlı daha çox məlumatlandırılmasının
zəruriliyi vurğulanır.
Yazıda münaqişə nəticəsində Azərbaycanda bir milyondan artıq
insanın qaçqın və məcburi köçkünə çevrildiyi vurğulanır, 1992-ci
ilin fevralında Ermənistan silahlı qüvvələrinin Xocalı soyqırımını
törətdiyi diqqətə çatdırılır.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR