Koronavirusa yoluxanların sayı 15 milyonu ötdü - ÜST
Bizi izləyin

Dünya

Koronavirusa yoluxanların sayı 15 milyonu ötdü - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 247 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

İyulun 23-ü saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 247 225 nəfər koronavirusa yoluxub, 7 097 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 15 012 731, ölənlərin isə 619 150 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm