Bir gündə 6 565 nəfər COVID-19-un qurbanı oldu - ÜST
Bizi izləyin

Dünya

Bir gündə 6 565 nəfər COVID-19-un qurbanı oldu - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 284 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Avqustun 8-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 284 441 nəfər koronavirusa yoluxub, 6 565 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 19 187 943, ölənlərin isə 716 075 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm