Dünya
Liviyada müvəqqəti hökumət istefa verdi
Liviyanın şərqində bərqərar olan müvəqqəti hökumət Nümayəndələr Palatasına istefası barədə ərizə verib.
Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, parlamentin bəyanatında spiker Agila Salehin Liviyanın müvəqqəti hökumətinin başçısı Abdulla ət-Tani və digər yüksəkvəzifəli funksionerlərlə təcili görüş keçirdiyi deyilir. İştirakçılar küçələrdə etiraz edən vətəndaşların həyat şəraitinin yüksəldilməsi barədə tələblərinin qarşılanması imkanlarını müzakirə ediblər.
Son bir neçə gündə regionda həyat şəraitini pisləşməsi və elektrik enerjisinin verilməsində problemlərlə bağlı etiraz aksiyaları keçirilir.
Liviyanın qərbindəki əyalətləri və Tripolini nəzarətdə saxlayan Fayez Sərracın Milli Razılıq Hökuməti ilə şərqdə qurulan parlamentlə əməkdaşlıq edən marşal Xəlifə Həftarın Milli Ordusu arasında qarşıdurma davam edir. Sərracı Türkiyə ilə Qətər, Həftarı isə Misirlə BƏƏ dəstəkləyir.
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto













.jpg)























