Dünya
İsrail "terrorçu dövlət" elan edildi
İsrailin “Yediot Ahronot” qəzetinin internet saytında dərc olunan xəbərə görə, Boliviya İsraili "terrorçu dövlət" elan edib və İsraillə olan viza razılaşmasının dayandırıldığını açıqlayıb.
Publika.az-ın məlumatına görə, Boliviya prezidenti Evo Morales
"İsrail dünya ölkələri üçün təhdiddir və bu addımı İsrail terrorçu
bir dövlət olduğu üçün atdıq" deiyb.
Onun sözlərinə görə, "İsrail beynəlxalq cəmiyyətin dinclik və
təhlükəsizliyinə zəmanətdə yer almır. İnsan hüquqlarını pozan bir
rejim kimi dünya ölkələri üçün təhdid mövqeyindədir".
Qeyd edək ki, 1972-ci ildən bu yana ikitərəfli razılaşma əsasında
İsrail vətəndaşları, Boliviyaya viza olmadan girə bilərdi.
Xatırladaq ki, 2009-cu ildə də Boliviya İsrailin Qəzza hücumlarına
sərt reaksiya vermiş və Evo Morales ölkəsinin İsrail ilə olan
diplomatik əlaqələrini kəsmə qərarı almışdı. Morales, hökumət
sarayında etdiyi çıxışında o dövrün İsrail Baş naziri Ehud Olmert
və kabinetinin buraxılmasını tələb etmiş, hücumlara səssiz qalan
BMT Təhlükəsizlik Şurasına isə "Etibarsızlıq Şurası" ifadəsini
istifadə edərək ad qoymuşdu. Bundan əlavə o həmin dövrün İsrail
prezidenti Şimon Peresdən Nobel Sülh Mükafatının alınmasının lazım
olduğunu irəli sürmüşdü.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq