İraqda hərbi baza raket atəşinə tutuldu
Bizi izləyin

Dünya

İraqda hərbi baza raket atəşinə tutuldu

Bağdadın şimalında yerləşən Balad hərbi bazasının raket hücumuna məruz qalması nəticəsində ən azı bir nəfər xısarət alıb.

Publika.az xəbər verir ki, hücum zamanı ən az üç raket atılıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Xatırladaq ki, fevralın 14-də İraqın Ərbil şəhərinin hava limanının ərazisi raket atəşinə tutulub. Hava limanının ərazisinə azı 3 raket buraxılıb. İnsident nəticəsində bir neçə açerikan mütəxəssisi və əskəri xəsarət alıblar. Raket hücumunun hədəfi ABŞ Hərbi Hava Qüvvələrinin bazası olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm