Dünya
PUA-lar vasitəsilə neft təsislərinə hücum edildi
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi martın 7-də “Aramco” şirkətinin Ras Tanura limanındakı və Dharhan ərazisindəki neft təsislərinə dənizdən PUA-larla hücum edildiyi barədə xəbəri təsdiqləyib.
Publika.az rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, nazirlik Yəməndəki Hutsi qiyamçılarının hücumları nəticəsində insan tələfatı və neft anbarlarında zərərin olmadığını bəyan edib. Krallığın Müdafiə Nazirliyi bazar günü 12 ədəd PUA və 2 ballistik raketin zərərsizləşdirildiyi barədə məlumat yayıb.
Səudiyyə Ərəbistanı bu hücumları qlobal iqtisadiyyata və neft bazarına qarşı təxribat adlandırıb. İslam Əməkdaşlıq Təşkilatı və Körfəz ölkələri neft təsislərinə növbəti təxribatı qınayan bəyanatlar verib.
2019-cu ilin sentyabrında “Aramco” şirkətinin Əbqaiq neft təsislərinə və Hicrət Xuraiq yataqlarına raket hücumları nəticəsində 5,7 milyon barrel xam neftin, yaxud Səudiyyə Ərəbistanının gündəlik hasilatının 50 faizi dayandırılmışdı.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO