Dünya
Qərbə siqnal: Moskva təslim olmaq niyyətində deyil
“Qərbin sanksiyalarına Rusiyanın ağıllı cavab göstərdi
ki, Moskva təslim olmaq niyyətində deyil”.
Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi
məlumata görə, bu sözləri Vaşinqtondakı İqtisadi və Siyasi
Tədqiqatların Mərkəzinin direktoru Mark Vaysbrot Rusiya
prezidentinin dünənki fərmanını şərh edərkən deyib.
Qeyd edək ki, Vladimir Putin “Rusiya Federasiyasının
təhlükəsizliyin təmin olunması üçün xüsusi iqtisadi ölçülərin
tətbiqi Haqqında” fərmanı imzalayıb. Fərmana görə, Rusiyaya qarşı
sanksiyalar tətbiq edən ölkələrdən kənd təsərrüfatı məhsullarının
müxtəlif növlərinin, həmçinin xammal və ərzağın idxalı qadağan
edilir və ya məhdudlaşdırılır. Fərmanda bildirilir ki, sənəd
“Rusiya Federasiyasının milli maraqlarının müdafiəsi üçün” qəbul
edilib.
Amerikalı ekspertinin sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar
Ümumdünya Ticarət Təşkilatı nöqteyi-nəzərindən qanunsuzdur və ona
görə də Rusiya iddia ilə çıxış edə bilər. O, qeyd edib ki,
diplomatik münasibətlərinin pisləşməsi Ukrayna böhranının həllini
də çətinləşdirir.
Vaysbrot güman edir ki, Rusiyanın cavab addımı Vaşinqton və onun
müttəfiqləri üçün siqnaldır. “Rusiya bu yeni soyuq müharibədə
təslim olmağa hazırlaşmır”, - ekspert bildirib.
Ömər Dağlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR