Dünya
Millət vəkilləri Türkiyədə seçkiləri müşahidə edəcək
Milli Məclisin deputatları Türkiyədə keçiriləcək
prezident seçkilərini müşahidə edəcəklər.
Publika.az-ın məlumatına görə, avqustun 10-da Türkiyədə ilk dəfə
olaraq ümumxalq səsverməsi yolu ilə prezident seçkiləri
keçirilir.
Azərbaycan Respublikası Milli Məclisinin aqrar siyasət komitəsinin
sədri Eldar İbrahimov, mədəniyyət komitəsinin sədri,
Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri
Nizami Cəfərov və deputat Sədaqət Vəliyeva Türkdilli Dövlətlərin
Parlament Assambleyasının (TürkPA) xətti ilə seçkiləri müşahidə
etmək üçün qeydiyyatdan keçiblər.
Eldar İbrahimov bildirib ki, seçkiləri azad və sərbəst şəkildə
müşahidə etmək üçün bütün şərait yaradılıb. Aparılmış bölgü
əsasında Eldar İbrahimov İstanbulda, Nizami Cəfərov ilə Sədaqət
Vəliyeva isə Ankarada müşahidəçi missiyasını yerinə
yetirəcəklər.
Eldar İbrahimov əlavə edib ki, səfər çərçivəsində TürkPA
təmsilçiləri – Azərbaycan, Qırğızıstan və Qazaxıstandan olan
nümayəndə heyətləri Türkiyənin Konstitusiya Məhkəməsinin sədri
Haşim Kılıç, Ali Seçki Komissiyasının sədri Sadi Güven, xarici
işlər nazirinin müavini, səfir Naci Koru ilə, eləcə də digər
qurumlarda keçirdikləri görüşlərdə seçki prosesi və səsvermə ilə
bağlı ətraflı məlumat alıblar.
AzərTAc
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi