Dünya
Qəzzada atəşkəs pozulmayıb
Fələstinin Qəzza zolağında ötən gün elan olunan atəşkəs
rejimi hələ ki, pozulmayıb.
Publika.az-ın məluatına görə, ötən gün İsrail hökuməti ilə Həmas
hərəkatı arasında 72 saatlıq atəşkəsə dair razılıq əldə olunmuşdu.
Bir aydan çoxdur ki, aviazərbələrdən əziyyət çəkən Qəzza xalqı
evlərinə qayıdıb. Qəzza şəhərinin müxtəlif bölgələrində mağazalar
yenidən fəaliyyətə başlayıb. Ərzaq tədarükü görməyə çalışan
insanlar mağazalara axın ediblər.
Ötən gün Ərəb Liqası ölkələri Qəzzadakı vəziyyəti müzakirə ediblər.
Misirin paytaxtı Qahirədə baş tutan iclasda İsrailin Qəzzaya hücumu
şiddətlə tənqid olunub. Liqanın baş katibi Nəbil Ələrəbi qeyd edib
ki, İsrailin indiyə qədər sülh danışıqlarından oyuncaq kimi
istifadə etməsi qəbuledilməzdir.
“İlkin növbədə İsrailin işğal etdiyi ərazilərdən çıxması əsas
məqsəd olmalı və 1967-ci il sərhədləri bərpa olunmaqla Fələstin
dövləti yaradılmalıdır” - deyə baş katib qeyd edib.
Bir qədər əvvəl raket zərbəsi zamanı yaralanan 4 fələstinli müalicə
üçün Türkiyənin paytaxtı Ankaraya gətirilib. Türkiyə hökuməti
Qəzzada mühasirədə qalan insanları təxliyə etmək üçün humanitar
korridorun yaradılmasına dair İsrail ilə Misir arasında razılıq
əldə etməyə çalışır.
Qeyd edək ki, qarşıdurmada indiyə qədər 1900-dən çox fələstinli, 67
israilli öldürülüb. Birləşmiş Millətlər Təşkilatı (BMT) rəsmiləri
bu barədə məruzə səsləndiriblər.
Associated Press
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər