Kabildə DƏHŞƏTLİ TERROR: 13 nəfər öldü, 70-i yaralandı
Bizi izləyin

Dünya

Kabildə DƏHŞƏTLİ TERROR: 13 nəfər öldü, 70-i yaralandı

Kabildə hava limanının yaxınlığında partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirlib ki, terror aktı nəticəsində azı 13 nəfər həyatını itirib, 70 nəfər yaralanıb.

Ölənlər arasında uşaqlar da var. Bundan əlavə, partlayış nəticəsində "Taliban"ın bir neçə döyüşçüsü yaralanıb.

"Reuters" agentliyinin verdiyi məlumata görə, ABŞ partlayışa səbəb kimi intihar hücumunun olduğunu təsdiqləyib.

"The Wall Street Journal" qəzetinin yazdığına görə, ABŞ ordusu partlayışdan zərər çəkib.

"Fox" telekanalı hava limanı yaxınlığında ikinci partlayışın olması barədə məlumat yayıb.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm