Dünya
İlk zərbə "Taliban"a dəydi: bir gündə 28 hərəkat üzvü öldü
Kabildə hava limanı yaxınlığında törədilən partlayışlar nəticəsində ölən 103 nəfərdən ən azı 28-i “Taliban” üzvü ölüb.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi “Taliban” nümayəndəsinə istinadla xəbər yayıb.
Amerikalılardan daha çox insan itirdiklərini söyləyən “Taliban” sözçüsü, Əfqanıstandan xarici qoşunların çıxarılması müddətini uzatmaq üçün heç bir səbəb görmədiyi barədə fikirlərini də bölüşüb.
Qeyd edək ki, avqustun 26-da Kabil hava limanı yaxınlığında terrorçu-kamikadzelər tərəfindən iki terror aktı həyata keçirilib. Son məlumatlara görə, hücumda 13-ü Amerika əsgəri olmaqla 103 nəfər həyatını itirib.
Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hadisəni şiddətlə qınayıb və günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.
-
Elm və təhsil11:00Aytən Rəhimliyə yeni vəzifə verildi
-
MDB10:30Deputat təklif etdi: “Valideyn maaşı” verilsin
-
ABŞ10:12Vensin dördüncü övladı dünyaya gəldi
-
Köşə09:24120 dəqiqəyə sığmayan final və ya Messinin top istəyən baxışları
-
Avto07:15Maşın bazarında niyə alıcı tapılmır? - Video
-
ABŞ06:46ABŞ-dan İrana ardıcıl doqquzuncu gecə hücumları dalğası
-
ABŞ01:40ABŞ hərbçisi həlak oldu - Pentaqon açıqlama yaydı
-
Qoroskop01:20Günün ulduz falı: Risk almaqdan qorxmayın!
































