Səhiyyə nazirləri qorxulu ştama görə TOPLANIR
Bizi izləyin

Dünya

Səhiyyə nazirləri qorxulu ştama görə TOPLANIR

G7 ölkələrinin bugünkü fövqəladə iclasından sonra birgə bəyanat yayımlanıb.

Publika.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

Bildirilib ki, G7-nin səhiyyə nazirləri "Omikron" koronavirus ştammı haqqında məlumatı bölüşmək üçün Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından işləmək və dekabr ayında onu müzakirə etmək üçün yenidən görüşmək barədə razılığa gəliblər.

"Nazirlər növbəti həftələrdə məlumat mübadiləsi və "Omikron" ştammının monitorinqi üçün ÜST və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirməyi öhdələrinə götürdülər. Onlar dekabrda yenidən görüşməyə razılaşıbdılar", - bəyanatda deyilir.

Sənəddə qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində patogenlərə beynəlxalq nəzarət şəbəkəsinin yaradılmasına güclü dəstək verilib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm