Dünya
Şimali Koreyadan qorxunc mesaj
Şimali Koreya administrasiyası Vaşinqtona “meydan oxuma” adı altında nüvə və uzaqmənzilli raket sınaqlarına yenidən başlayacağına işarə edib.
Publika.az xəbər verir ki, rəsmi Pxenyan Şimali Koreya lideri Kim Çen In və ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında 2017-ci ildə başlayan 2 illik uğursuz danışıqlardan bəri qitələrarası ballistik raket sınağı keçirməyib.
Şimali Koreyadakı Siyasi Büro administrasiyasının bəyanatında deyilir: "ABŞ-ın düşmənçilik siyasəti və hərbi təhdidi gözardı edilə bilməyəcək təhlükə həddinə çatıb və ölkə liderləri yekdilliklə razılaşdılar ki, Amerika imperialistlərinə uzunmüddətli çağırış üçün daha hərtərəfli hazırlıq görülməlidir”.
Beynəlxalq mətbuat isə Şimali Koreyanın mühüm müttəfiqi olan Çinin Qış Olimpiya Oyunlarını təşkil etməsinə və Cənubi Koreyada keçiriləcək ümumi seçkilərə az qalmış Pxenyan administrasiyası tərəfindən bu istiqamətdə təhlükənin ola biləcəyinə diqqət çəkir.
Belə bir təhlükənin sanksiyaların aradan qaldırılması üçün ABŞ Prezidenti Co Baydeni danışıqlar masasına oturtmaq üçün atılan addım ola biləcəyi də şərhlər arasındadır.
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO













.jpg)
















